Posted by : Tural Nasifov Sunday, February 27, 2011

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 24-də Şəki şəhərində 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış etmişdir.


Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.
                                
                                   

Zona müşavirəsində iştirak edən bölgələrin 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat
Şəki rayonunun orta ümumtəhsil məktəblərini 2010-cu ildə 2000 şagird bitirib və onların 1656 nəfəri attestat alıb. Attestat alanların 67.63%-i (1120 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 367 məzunu (imtahanda iştirak edənlərin 32.77 faizi) tələbə adını qazanıb. Onların 39.78 faizi (146 nəfəri) dövlət, 3.54 faizi (13 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 52.04 faizi (191 nəfəri) dövlət, 4.63 faizi (17 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayonun məzunlarının 95 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 226.315-ə bərabərdir. Bu, respublika üzrə orta göstəriciyə bərabərdir. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 28.39% (318 nəfər), 100-200 intervalında 22.86% (256 nəfər), 200-300 intervalında 18.57% (208 nəfər), 300-500 intervalında 21.70% (243 nəfər), 500-dən yuxarı 8.48% (95 nəfər). Beləliklə, rayonun abituriyentlərinin yalnız 30.18 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 73 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Biləcik kənd 2 saylı, Kiş kənd 2 saylı, Cəfərabad, Şorsu, Şəki, Sucma, Daşuz, Baş Şabalıd, Dərəcənnət, Cunud, İbrahimkənd, Qumux, Qaratorpaq və Qozlubulaq kənd orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Çələbi xan qəsəbə, Qumux və Sucma kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100- dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, Orta Zəyzid kənd 1 saylı, Bideyiz, Baş Küngüt, Baş Zəyzid kənd, 3, 5, 10, 11, 14 və18 saylı şəhər orta məktəbləri daxil olub.

Menbe: tqdk.gov.az

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Popular Post

Followers

- Copyright © 2013 Baş Zəyzid Kənd Orta Məktəbi -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan | Distributed by Rocking Templates -