Archive for February 2011

Facebookda

Sunday, February 27, 2011
Posted by Tural Nasifov

TQDK Şəki şəhərində zona müşavirəsi keçirmişdir. Baş Zəyzid kənd orta məktəbi respublika uzre yaxsi netice gosteren mektebler siyahisindadir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 24-də Şəki şəhərində 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış etmişdir.


Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.
                                
                                   

Zona müşavirəsində iştirak edən bölgələrin 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat
Şəki rayonunun orta ümumtəhsil məktəblərini 2010-cu ildə 2000 şagird bitirib və onların 1656 nəfəri attestat alıb. Attestat alanların 67.63%-i (1120 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 367 məzunu (imtahanda iştirak edənlərin 32.77 faizi) tələbə adını qazanıb. Onların 39.78 faizi (146 nəfəri) dövlət, 3.54 faizi (13 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 52.04 faizi (191 nəfəri) dövlət, 4.63 faizi (17 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayonun məzunlarının 95 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 226.315-ə bərabərdir. Bu, respublika üzrə orta göstəriciyə bərabərdir. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 28.39% (318 nəfər), 100-200 intervalında 22.86% (256 nəfər), 200-300 intervalında 18.57% (208 nəfər), 300-500 intervalında 21.70% (243 nəfər), 500-dən yuxarı 8.48% (95 nəfər). Beləliklə, rayonun abituriyentlərinin yalnız 30.18 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 73 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Biləcik kənd 2 saylı, Kiş kənd 2 saylı, Cəfərabad, Şorsu, Şəki, Sucma, Daşuz, Baş Şabalıd, Dərəcənnət, Cunud, İbrahimkənd, Qumux, Qaratorpaq və Qozlubulaq kənd orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Çələbi xan qəsəbə, Qumux və Sucma kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100- dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, Orta Zəyzid kənd 1 saylı, Bideyiz, Baş Küngüt, Baş Zəyzid kənd, 3, 5, 10, 11, 14 və18 saylı şəhər orta məktəbləri daxil olub.

Menbe: tqdk.gov.az
Posted by Tural Nasifov

Ugurlarimiz

Qəbul kampaniyalarının nəticələrinə gorə ən qabaqcıl məzunlar


2010 ilin qəbul kampaniyası
Nəsifov Tural Etibar

2010 ilin buraxılışı. Toplanılan bal: 618.000. "Qafqaz" Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasına qəbul olunub.
Səmədov Ələkbər Telman

2010 ilin buraxılışı. Toplanılan bal: 504.000. Azərbaycan Dövlət Neft Akademiyasının "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi" ixtisasına qəbul olunub.
2009 ilin qəbul kampaniyası
Əhmədov Araz Yusif

2008 ilin buraxılışı. Toplanılan bal: 574.000. Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" ixtisasına qəbul olunub.
Həmzətov Məmməd Qurbanəli

2009 ilin buraxılışı. Toplanılan bal: 533.000. Azərbaycan Texniki Universitetinin "Kompyuter elmləri" ixtisasına qəbul olunub.
Balanmədova Humay Məmmədəli

2009 ilin buraxılışı. Toplanılan bal: 528.000. Azərbaycan Müəllimlər İnstitutunun "Riyaziyyat və informatika müəllimliyi (Şəki filialı)" ixtisasına qəbul olunub.
2008 ilin qəbul kampaniyası
Rəsulova Rəvanə Ağalar

2008 ilin buraxılışı. Toplanılan bal: 622.000. Azərbaycan Turizm İnstitutunun "Linqvistika" ixtisasına qəbul olunub.
Həsənova Şöhrət Hüseyinbala

2007 ilin buraxılışı. Toplanılan bal: 504.000. Bakı Dövlət Universitetinin "Kimya" ixtisasına qəbul olunub.
2007 ilin qəbul kampaniyası
Rəsulov Elnur Abdurahim

2007 ilin buraxılışı. Toplanılan bal: 616.750. Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına qəbul olunub.
Əzizov Cavanşir Vaqif

2007 ilin buraxılışı. Toplanılan bal: 575.000. Bakı Dövlət Universitetinin "Riyaziyyat" ixtisasına qəbul olunub.
Səlimov Elnur İlqar

2007 ilin buraxılışı. Toplanılan bal: 513.000. Azərbaycan Dövlət Neft Akademiyasının "Elektrotexnika və elektromexanika" ixtisasına qəbul olunub.
Məmmədov Elçin Umar

2007 ilin buraxılışı. Toplanılan bal: 508.750. Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" ixtisasına qəbul olunub.
2006 ilin qəbul kampaniyası
Məmmədova Aytəkin Nadir

2006 ilin buraxılışı. Toplanılan bal: 604.626. Azərbaycan Dillər Universitetinin "Xarici dil (ingilis dili)" ixtisasına qəbul olunub.
Sadıqov Araz Sədrəddin

2006 ilin buraxılışı. Toplanılan bal: 596.268. "Qafqaz" Universitetinin "Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri" ixtisasına qəbul olunub.
2005 ilin qəbul kampaniyası
Ramazanov Xanoğlan Bayraməli

2005 ilin buraxılışı. Toplanılan bal: 581.768. Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisasına qəbul olunub.
Məmmədov Malik Sərdar

2005 ilin buraxılışı. Toplanılan bal: 503.018. Bakı Dövlət Universitetinin "Riyaziyyat" ixtisasına qəbul olunub.
2003 ilin qəbul kampaniyası
Cəlalov Rəşad Səlim

2003 ilin buraxılışı. Toplanılan bal: 522.411. Bakı Dövlət Universitetinin "Riyaziyyat" ixtisasına qəbul olunub.
2001 ilin qəbul kampaniyası
Abdullayeva Sevinc Mahir

2001 ilin buraxılışı. Toplanılan bal: 544.500. Bakı Dövlət Universitetinin "Riyaziyyat" ixtisasına qəbul olunub.
Cəfərova Təmamət Cəfər

2000 ilin buraxılışı. Toplanılan bal: 540.000. Bakı Dövlət Universitetinin "Riyaziyyat" ixtisasına qəbul olunub.
Posted by Tural Nasifov

Popular Post

Followers

- Copyright © 2013 Baş Zəyzid Kənd Orta Məktəbi -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan | Distributed by Rocking Templates -